Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə quru tütün istehsalı 346 ton artıb

11 yanvar 2019 | 04:01

Ötənilki mövsümdə Şəki rayonunun təsərrüfatlarında 649 hektarda “Virciniya” növlü ətirli, 228 hektarda isə yerli tütün sortları yetişdirilib. Mövsüm şəkili fermerlər üçün uğurlu olub. Belə ki, ötən təsərrüfat ilində rayonda 2 min 976,8 ton quru tütün istehsal edilib. Tütün istehsalı əvvəlki illə müqayisədə 346 ton artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə şəhər icra hakimiyyəti aparatının məsul nümayəndəsi Rafik Məmmədov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər kənd əhalisinin məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərib. Belə ki, 2018-ci ildə Şəki rayonunda tütünün əkini, becərilməsi və yığılması işlərinə 1935 nəfər kənd sakini cəlb olunub.
Rafik Məmmədovun sözlərinə görə, bu il rayonda tütün əkini sahələrinin 153 hektar artırılaraq, 1030 hektara çatdırılması planlaşdırılır.

Keçidlər