Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Zunud kəndinin sakinləri ilə görüşüb

18 yanvar 2019 | 09:01

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov yanvarın 17-də Şəkinin Zunud kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkədə ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, son dövrlər rayonda görülən işlərən, qarşıda duran məsələlərdən danışıb.
     Kənd sakinləri Şəhriyar İsfəndiyarov, Gözəl İsrafilova, Səbadə Abbasova və başqaları çıxış edərək Zunud kəndinə təbii qazın verilməsi, kəndin sibkabelləşdirilməsinə köməklik göstərilməsi, qəza vəziyyətində olan elektrik dirəklərinin dəyişdirilməsi, kəndin mərkəzindən axan çayın üzərindəki körpünün əsaslı təmir olunması və  sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər