Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Kiçik Dəhnə kəndində səyyar qəbul keçirib

01 fevral 2019 | 09:01

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov yanvarın 31-də Şəkinin Kiçik Dəhnə kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov AR Regionların Sosial-İqtisadi İnkişafı Dövlər Proqramlarının icrası nəticəsində respublikada, o cümlədən Şəkidə  görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.
Kənd sakinləri Aydın Rəşidov, Günay Cəfərova, Azad Musayev və başqaları çıxış edərək enerji verilişində fasilələrin yaranmasına səbəb olan Kiçik Dəhnə kəndi ilə Böyük Dəhnə kəndi arasındakı yüksək gərginlikli elektrik xətlərində texniki nasazlığın aradan qaldırılması,  kənd uşaq bağçası üçün yeni bağça binasının tikilməsinə köməklik göstərilməsi, içməli su probleminin həlli, tütün istehsalının artırılması məqsədilə kəndin suvarma suyu təchizatının yaxşılaşdırılması və  sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər