Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Qudula kəndində səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov fevralın 7-də Şəkinin Qudula kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək AR Regionların Sosial-İqtisadi İnkişafı Dövlər Proqramlarının icrası nəticəsində respublikada, o cümlədən Şəkidə görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.
Kənd sakinləri Abid Əzizov, Afiq Mikayılov, Niymət Əliyev və başqaları çıxış edərək Qudula kəndində poçt məntəqəsinin açılması, kənd məktəbinin əsaslı təmirinə köməklik göstərilməsi, evlərə yaxın ərazidən keçən Kiş çayının yatağının ağır texnika ilə dərinləşdirilməsi və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.