Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci idönümü münasibətilə tədbir keçirilib

14 fevral 2019 | 11:02

Cənab Prezidentimiz İlham Əliyevin müəyyən etdiyi ordu quruculuğu siyasətinin  tələb olunan səviyyədə icrasının təmin edilməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xüsusi rolu vardır.
      Bu fikirlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə fevralın 13-də Şəkidə keçirilən tədbirdə səsləndirilib.
   Xidmətin Şəki şəhər şöbəsinin əməkdaşları əvvəlcə Ulu öndərin Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər, mərkəzdə dahi rəhbərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.
   Xidmətin Şəki şəhər şöbəsinin əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edən şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qısa müddətdə çox böyük inkişaf yolu keçən, ordu quruculuğu prosesində mühüm rol oynayan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yarandığı gündən gənclərin  hərbi xidmətə yola salınması, ordumuzun vətənpərvər, sağlam ruhlu gənclərlə təmin edilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirdiyini bildirib.
.   O qeyd edib ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mühüm tədbirlər həyata keçirir.
    Xidmətin Şəki şəhər şöbəsinin rəisi, polkovnik-leytenant Yalçin Sadıqlı SHXÇDX-nin ötən yeddi il ərzindəki fəaliyyətinə qısa nəzər salıb, səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində görülən işlərdən geniş bəhs edib.
    Tədbirdə çıxış edən Şəki rayon prokuroru Elmar Camalov Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində SHXÇDX-nin qısa müddətdə çox böyük inkişaf yolu keçdiyini, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə töhfə verdiyini vurğulayıb.
    Sonra tədbirdə şəhid, mayor Aqşin Abdullayevə həsr olunmuş kitabın təqdimatı olub. Kitabın müəllifi, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinov çıxış edərək nəşr olunan kitab haqqında geniş məlumat verib.
      Şəhidin döyüş yoldaşları çıxış edərək Aqşin Abdullayevin döyüş yolundan danışıblar, gənclərin Vətənin müdafiəsinə hər an hazır olduqlarını diqqətə çatdırıblar.
      Sonda şəhidin anası Dursun Cavadova Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına və şəhər rəhbərliyinə, həmçinin kitabın hazırlanmasında zəhməti olan hər kəsə öz minnətdarlığını ifadə edib.
     Tədbirdə “Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri” İctimai Birliyi Şəki şəhər filialının sədri Məmmədnuru Əzizova  “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.

Keçidlər