Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Baş Göynük kəndində səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov fevralın 14-də Şəkinin Baş Göynük kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək AR Regionların Sosial-İqtisadi İnkişafı Dövlər Proqramlarının icrası nəticəsində respublikada, o cümlədən Şəkidə görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.
Kənd sakinləri Nəriman Babayev, Simuzər Məmmədova, İslam Bəkirov və başqaları çıxış edərək Şin çayının şərq sahilində yerləşən evlərin sel təhlükəsindən qorunması üçün 500 metr beton mühafizə bəndin tikilməsi, Baş Göynük kənd uşaq bağçasının əsaslı təmirinə köməklik göstərilməsi, kəndə həkim məntəqəsinə uşaq həkimi ştatının verilməsi və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.