Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Cəyirli kəndində səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov fevralın 21-də Şəkinin Cəyirli kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunan nəticələrdən danışıb, AR Regionların Sosial-İqtisadi İnkişafı Dövlər Proqramlarının icrası nəticəsində respublikada, o cümlədən Şəkidə görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.
Kənd sakinləri Şamil Əliyev, Zaminə Əsgərova, Fərrux Hüseynov və başqaları çıxış edərək kənd məktəbinin əsaslı təmirinə köməklik göstərilməsi, kəndin su təchizatının yaxşılaşdırılması, qəzalı vəziyyətdə olan işıq dirəklərinin dəyişdirilməsi, sahibsiz itlərin zərərsizləşdirilməsi və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.