Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə müharibə veteranları ilə görüş keçirilmişdir

10 may 2013 | 15:00

1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 68-ci ildönümü münasibətilə Şəkidə müharibə veteranları ilə görüş keçirilmişdir.
     “Cənnət bağı” istirahət mərkəzində keçirilən tədbirdə müharibə veteranları, həmçinin şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
     Tədbirdə çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov müharibə veteranlarını əlamətdar tarixi gün - faşizm üzərində qələbənin 68-ci ildönümü münasibətilə təbrik etmiş, onlara cansağlığı arzulamışdır.
      Bildirilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 9 May günü Azərbaycanda dövlət səviyyəsində qeyd edilir, bu siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Böyük Vətən müharibəsi veteranlarına daim yüksək diqqət və qayğı göstərilir.
     Tədbirdə çıxış edənlər  müharibənin dəhşətlərindən danışmış, görüşün təşkilinə görə  Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova minnətdarlıqlarını bildirmişlər.
      Bayram tədbirində şəhərimizin incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.
      Bayram süfrəsi ətrafında keçirilən görüşün sonunda müharibə veteranlarına maddi yardım göstərilmişdir.

Keçidlər