Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib

26 fevral 2019 | 10:02

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə güzəştli şərtlərlə azot gübrəsi əldə edirlər.
AZƏRTAC xəbər verir ki, mövsüm başa çatmamış fermer təsərrüfatlarının azot gübrəsi ilə təmin olunması məqsədilə regionlar üzrə keçiriləcək səyyar satışa ilk olaraq Şəki və Oğuz rayonlarından start verilib. İlk səyyar satış fevralın 22-də Şəkinin Aşağı Göynük kəndində həyata keçirilib. Axşam saatlarınadək davam edən satış zamanı, ümumilikdə, 176 müraciət qeydə alınıb. Gün ərzində 48 ton azot, 3 ton nitroammafos gübrəsi üçün 90 qaimə üzrə satış həyata keçirilib.

Keçidlər