Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Dövlət Rəsm Qalereyasında “Xocalı ağrısı” adlı sərgi açılıb

26 fevral 2019 | 10:02

Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Şəki Dövlət Rəsm Qalereyasında “Xocalı ağrısı” adlı sərgi açılıb. Sərgidə Şəki Uşaq İncəsənət Məktəbi şagirdlərinin Xocalı mövzusunda çəkdikləri 20 rəsm əsəri nümayiş etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərginin açılışında Rəsm Qalereyasının direktoru İlahə Məmmədova çıxış edərək, Xocalı faciəsinin Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə başladığı işğalçılıq müharibəsinin gedişində azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətinin ən dəhşətlisi olduğunu bildirib. Vurğulanıb ki, sərginin təşkilində əsas məqsəd erməni millətçilərinin vəhşiliklərini gənc nəslə çatdırmaq, yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərini daha da yüksəltməkdir.
Sərgi fevralın sonunadək davam edəcək.

Keçidlər