Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Ulu Öndərin 90 illik yubileyi münasibətilə Gül bayramı keçirilmişdir

11 may 2013 | 15:00

Şəkidə xalqımızım böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir.
     Yubiley tədbirləri çərçivəsində mayın 10-da şəhərin mərkəzindəki meydanda Gül bayramı keçirilmişdir.
    Şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, dahi şəxsiyyətə sevgi və ehtiramlarını bildirmişlər.
    Bayram tədbirində çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bütün ömrünü xalqının tərəqqisi və firavanlığına, yüksəlişinə həsr etmiş ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən bəhs etmiş, Ulu Öndərin Azərbaycan xalqının bütün tarixi ərzində yetişdirdiyi ən qüdrətli və parlaq şəxsiyyət olduğu xüsusi vurğulamışdır.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin 90 illik yubileyi münasibətilə şəhərdə fəaliyyət göstərən ali məktəb və kolleclərin 300 nəfərə yaxın tələbəsinin hazırladığı xüsusi “flaşmob”a tamaşa etmiş, gül sərgiləri ilə tanış olmuşlar.
    Rəngbərəng güllərdən, yarpaqlardan hazırlanmış müxtəlif kompozisiyalar, tablolar bayram iştirakçılarında xoş ovqat yaratmışdır.
Bayram tədbiri şəhər uşaq bağçalarının və musiqi kolleci kollektivinin hazırladıqları rəngarəng konsert proqramı ilə davam etmişdir.

Keçidlər