Şəkidə Yel çərşənbəsi qeyd olunub
Qədim adət-ənənələrə uyğun olaraq martın 12-də Şəkidə ilaxır çərşənbələrin üçüncüsü - Yel çərşənbəsi qeyd olunub.
“ABAD” Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinnin qarşısında keçirilən bayram tədbirində şəhər rəhbərliyi, mərkəzin əməkdaşları və şəhər sakinləri iştirak edib.
Bayram tədbirində Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova, Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinin koordinatoru, tanınmış rəssam Mir Teymur Məmmədov çıxış edərək Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarlarının yaşadığını vurğulayıblar, şəkililəri bayram münasibətilə təbrik edib, həmvətənlərimizə sevinc dolu günlər, bolluq, bərəkət arzulayıblar.
Sonra bayram tonqalı alovlandırılıb. Xüsusi qaydada gildən hazırlanmış bayram tonqalı iştirakçıların böyük marağına səbəb olub.