Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏKİ XANLARININ SARAYINI ZİYARƏT EDƏNLƏRİN SAYI ARTMAQDADIR

25 avqust 2012 | 15:00

2012-ci ilin ötən dövründə XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayını 11 min nəfərə yaxın turist, habelə rəsmi qonaqlar ziyarət etmişdir. Saraya gələnlərin 2200 nəfərini xarici turistlər təşkil etmişdir.
Cari ilin may ayında Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin, iyunun sonu-iyulun əvvəlində Şəki şəhərində “İpək Yolu” III Beynəlxalq musiqi festivalının, iyulun 4-də sarayın 250 illiyi ilə bağlı yubiley tədbirlərinin, habelə iyulun sonu-avqustun əvvəlində Qəbələdə IV Beynəlxalq musiqi festivalının keçirildiyi günlərdə saraya turistlərin gəlişində xüsusilə böyük artım müşahidə olunmuşdur.
Qeyd edək ki, 2011-ci ildə Şəki xanlarının sarayını 11 min 842 nəfər yerli və xarici turist ziyarət etmişdir.

Keçidlər