Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bayram konserti və atəşfəşanlıq olmuşdur

11 may 2013 | 15:00

Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə “Yay teatrı”nda konsert proqramı təşkil olunmuşdur.
    Şəki Şəhər İcra hakimiyyətinin təşkil etdiyi bayram konsertində şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, qonaqlar iştirak etmişdir.
     Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin, “Buta” instrumental ansamblının, “Coşqun” rəqs qrupunun  ifasında maraqlı konsert proqramı iştirakçıların marağına səbəb olmuşdur.
    Tədbir bayram atəşfəşanlığı ilə başa çatmışdır.

Keçidlər