Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda əhalinin sayının on milyona çatması münasibətilə Şəkidə bayram konserti və fləşmob keçirilib

09 aprel 2019 | 00:04

Azərbaycanın on milyonuncu sakininin anadan olması münasibətilə aprelin 8-də axşam Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında bayram konserti və fləşmob təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələri və sakinlərin iştirak etdiyi tədbirdə müstəqil Azərbaycanın son illər qazandığı uğurlardan danışılıb, ölkə əhalisinin sayının dinamik artmasının sosial sahədə həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olduğu vurğulanıb.
Bayram tədbirində Şəki Dövlət Regional Kollecin, şəhərdə fəaliyyət göstərən incəsənət və musiqi məktəblərinin kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər. Şəkili gənclərin hazırladığı “On milyon” adlı fləşmob tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbir sonra “Marxal” istirahət kompleksində davam edib. Sonda atəşfəşanlıq olub.

Keçidlər