Küveyt Dövlətinin Azərbaycandakı səfiri Şəki şəhərinə səfər edib
Küveyt Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz əl-Rumi Şəki şəhərinə səfər edib.
Səfər çərçivəsində aprelin 9-da səfir şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb. Görüş zamanı icra başçısı qonağa Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları barədə danışıb. Həmçinin, Şəkidə fəaliyyət göstərən istehsal və emal müəssisləri, icra olunan layihələr barədə məlumat verib. Görüşdə Şəki şəhəri ilə bağlı videoçarx nümayiş olunub.
Səfir Səud Əbdüləziz əl-Rumi Şəkidə olmağından məmnun olduğunu, qədim tarixi olan Şəki şəhərinin onda yüksək təəssürat oyatdığını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb, Küveytdən olan iş adamlarının, investorların Şəkidə bəzi layihələrin icrasına cəlb edilməsi və s. məsələlər müzakirə olunub.
Sonda səfirə Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunub.
Şəkiyə səfəri çərçivəsində səfir Əbdüləziz əl-Rumi "Green Factory" MMC-yə, “Azəripək” MMC-yə baş çəkmiş, Şəki Xan Sarayı, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, Kiş kəndindəki Alban məbədi ilə tanış olmuşdur.