Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Ulu Öndərin xatirəsinə həsr olunan futzal turnirində 26 komanda mübarizə aparır

20 aprel 2019 | 05:04

Şəki Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə futzal üzrə “Şəki kuboku-2019” turnirinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP Şəki təşkilatı, şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatları təmsil edən 26 komanda mübarizə aparır.
Turnirin açılış mərasimində YAP Şəki təşkilatının sədri Həsən Həsənov və Gənclər və Idman Idarəsinin rəisi Vüqar İskəndərov çıxış edərək, ulu öndər Heydər Əliyevin idmanın inkişafına hər zaman böyük önəm verdiyini vurğulayıb, onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildiriblər.
Futzal turniri mayın 10-dək davam edəcək.

Keçidlər