Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub

25 aprel 2019 | 01:04

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 24-də Şəki şəhərində bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərlə işgüzar görüş keçirilib.
   Tədbirdə aidiyyəti strukturların rəhbərləri, Şəki şəhərinin və ətraf rayonların yerli idarəetmə orqanlarının nümayəndələri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak edib.
     Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov müzakirə olunan məsələnin əhəmiyyətindən danışıb. O bildirib ki, dövlət başçısının imzaladığı Sərəncamlardan irəli gələn vəzifələrin uğurla icra edilməsi Şəki rayonu üçün  xüsusi əhəmiyyət kəsb edir. Çünki gözəl təbiətə malik olan Şəkidə də bərk məişət və plastik tullantılar əsaslı şəkildə ətraf mühiti çirkləndirir. Turizim şəhəri olan şəhərimizdə və eləcə də rayonumuzun bütün ərazisində ətraf muhitin bərk məişət və plastik tullantılarla çirklənmənin qarşısının alınması üçün daha məqsədyönlü işlər görülməli, əhali arasında, təhsil müəssisələrində maarifləndirmə tədbirləri genişləndirilməlidir.
   Tədbirdə AR Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev Prezident İlham Əliyevin bu il fevralın 7-də verdiyi Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə 2019–2020-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında geniş məlumat verib.
    Daha sonra bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində qəbul olunmuş strateji sənədlər və fəaliyyət istiqamətləri müzakirə olunub.

Keçidlər