Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Ağsaqqallar Şurasının rayon təşkilatının sədrinin yubileyi qeyd olunub

28 aprel 2019 | 03:04

Aprelin 26-da Ağsaqqallar Şurasının Şəki rayon təşkilatının sədri Vahid Qəniyevin  90 yaşı tamam olmuşdur.
      Bu münasibətlə Şəki Şəhər İcra Hakimiyyəti başçısının yanında görüş keçirilmişdir. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov yubilyarı əlamətdar gün münasibətilə təbrik etmiş, ona fəaliyyətində uğurlar və cansağlığı arzulamışdır.
     Görüşdə iştirak edənlər V.Qəniyev haqqında ürək sözlərini söyləmiş, onun yorulmaz fəaliyyətindən danışmışlar.
     Qeyd olunmuşdur ki, V.Qəniyev uzun illər təsərrüfat, sovet orqanlarında rəhbər vəzifələrdə çalışmış, 20 ilə yaxın şəhər və rayon sovetlərinə rəhbərlik etmişdir. Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
      90 illik yubileyi və Şəkinin ictimai həyatında yaxından iştirakına görə V.Qəniyevə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olunmuşdur.
      Sonda çıxış edən Ağsaqqallar Şurasının Şəki rayon təşkilatının sədri V.Qəniyev ona göstərilən diqqətə görə rayon rəhbərliyinə dərin təşəkkürünü bildirmişdir.

Keçidlər