Şriftin ölçüsü :

Saytın rəngi :

Hicran Hüseynova: Çox az-az ölkələr tapılar ki, orada belə səviyyəli bayramlar keçirilsin

17 may 2013 | 15:00

Azərbaycanda Ailə bayramlarının keçirilməsi artıq bir ənənəyə çevrilmişdir. Bu, bir tərəfdən beynəlxalq tədbirdir. BMT-nin qətnaməsinə uyğun olaraq onu bütün dünya qeyd edir. Amma, əslində bu bayram əsl Azərbaycan bayramıdır. Çox az-az ölkələr tapılar ki, orada belə səviyyəli bayramlar keçirilsin.
Bu fikirləri 15 May - Beynəlxalq Ailə Günü münasibətilə Şəkidə keçirilən “Ailə bayramı”nda iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova  müsahibəsində bildirmişdir.
Komitə sədri demişdir: “Azərbaycanda ailə siyasəti həmişə güclü olmuşdur. Əsası Ulu Öndər tərəfindən qoyulan bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda bütün sosial-iqtisadi layihələr, bütün inkişaf ailələrin güclənməsinə, onların normal şəraitdə yaşamasına xidmət edir. Bu inkişafı biz hər gün görür, hiss edirik. Biz həmişə Azərbaycan ailələrinin möhkəmliyi ilə fəxr etmişik. Azərbaycan dövlətinin ailənin inkişafı, cəmiyyətdə onun mövqeyinin daha da yüksəlməsi məqsədi ilə həyata keçirdiyi ardıcıl tədbirlər ailənin müdafiəsini, ailəyə dövlət qayğısını təmin etməyə yönəldilmişdir”.

Keçidlər