Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Qaratorpaq kəndində səyyar qəbul keçirib

17 may 2019 | 04:05

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mayın 15-də Şəkinin Qaratorpaq kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda Prezident Administrasiyasının sektor müdiri Rüfət Əliyev, başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkə başçısının əhalinin sosial müdafiəsi sahəsində son dövrlər qəbul etdiyi qərarlardan bəhs edib, AR Regionların Sosial-İqtisadi İnkişafı Dövlər Proqramlarının icrası nəticəsində Şəkidə  görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.
     Kənd sakinləri Yusif Hüseynov, Rövşən Ağayev,  Təranə Məmmədova  və başqaları çıxış edərək kəndə təbii qazın verilməsi, tibb məntəqəsi üçün yeni bina tikilməsi, Qaratorpaq kənd tam orta məktəbinə gələn yolun əsaslı təmiri, Qaratorpaq kəndindəki EATS-ə əlavə telefon nömrələri verilməsi və  sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər