Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Göybulaq kəndində səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mayın 30-da Şəkinin Göybulaq kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə həyata keçirilən islahatlardan, əhalinin sosial müdafiəsi sahəsində son dövrlər həyata keçirilən tədbirlərdən bəhs edib, AR Regionların Sosial-İqtisadi İnkişafı Dövlər Proqramlarının icrası nəticəsində Şəkidə görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.
Kənd sakinləri Əhməd Mehdiyev, Nizami Əlibəyov, Rahilə İsmayılova və başqaları çıxış edərək Göybulaq kəndində içməli su probleminin həllinə köməklik göstərilməsi, kənddəki yarasız elektrik dirəklərinin dəyişdirilməsi, Göybulaq kənd uşaq bağçasının əsaslı təmiri və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.