Şəki Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin “Damarçın” məhəlləsində səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyunun 3-də Şəki şəhərinin “Damarçın” məhəlləsinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, məhəllə sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunan nəticələrdən, ölkə başçısının əhalinin sosial müdafiəsi sahəsində son dövrlər qəbul etdiyi qərarlardan bəhs edib, Şəkidə görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.
Məhəllə sakinləri Çingiz Qədirov, Ziyafət Salamova, Faiq Qurbanov və başqaları çıxış edərək Nüxəvi küçəsinin işıqlandırılmasını, İzzət Nəbibəyov küçəsində su örütücü arxların çəkilməsini, ərazidə sahibsiz itlərə qarşı tədbirlər görülməsini, şəhərdaxili avtomobil yollarında dairəvi hərəkətin tənzimlənməsi üçün yol nişanlarının qoyulmasını və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.