Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Əliyar kəndində səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyunun 4-də Şəkinin Əliyar kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə həyata keçirilən islahatlardan, əhalinin sosial müdafiəsi sahəsində son dövrlər həyata keçirilən tədbirlərdən bəhs edib, AR Regionların Sosial-İqtisadi İnkişafı Dövlər Proqramlarının icrası nəticəsində Şəkidə görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.
Kənd sakinləri Bəkir Əlifov, Rüstəm Zamanov, Çingiz İmamverdiyev və başqaları çıxış edərək kəndin ərazisində yararsız elektrik dirəklərinin dəyişdiriliməsini və elektrik enerjisinin verilişindəki fasilələrin aradan qaldırılmasını, kənddə EATS quraşdırılması və sakinlərin internetə çıxışının təmin olunmasını, tibb məntəqəsi üçün yeni bina tikilməsini və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.