Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 958,5 hektar sahədə tütün əkilib

11 iyun 2019 | 09:06

Bu il Şəki rayonunun təsərrüfatlarında 950 hektar sahədə tütün əkilməsi nəzərdə tutulurdu. Təsərrüfatlarda tütün şitillərinin sahələrə köçürülməsi işi əsasən başa çatıb. Fermerlər planda nəzərdə tutulduğundan da çox sahəyə - 958,5 hektara tütün şitili köçürüblər. İndidən sonra daha 10-15 hektar sahədə tütün əkiləcəyi proqnozlaşdırılır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.

Baş məsləhətçi bildirib ki, şəkili fermerlər builki mövsümdə 709,5 hektar sahəyə “Virciniya” və 9 hektara “Berley” növ ətirli, 240 hektara isə yerli tütün sortları əkiblər. Tütün əkininə 2100-dən çox işçi cəlb olunub.

Ötənilki mövsüm rayonun tütünçüləri üçün uğurlu olub. Belə ki, 2018-ci ildə şəkili fermerlər 2 min 976 ton quru tütün istehsal ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 346 ton artıb.

Keçidlər