Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin “Dəyirmanarxı” məhəlləsində səyyar qəbul keçirib

04 iyul 2019 | 09:07

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyulun 3-də Şəki şəhərinin “Dəyirmanarxı” məhəlləsinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, məhəllə sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunan nəticələrdən, ölkə başçısının əhalinin sosial müdafiəsi sahəsində son dövrlər qəbul etdiyi qərarlardan bəhs edib, Şəkidə  görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.
     Məhəllə sakinləri Sariyə Rəsulova, Namiq Cabbarzadə, Gülarə Yunusova və başqaları çıxış edərək ərazidə yerləşən 7 №-li tam orta məktəbin əsaslı təmirini, sahibsiz itlərin zərərsizləşdirilməsini, M.Ə.Rəsulzadə prospektindəki hündür və təhlükəli  ağacların aqrotexniki qaydada budanmasını və  sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər