Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi şəkililər tərəfindən böyük sevinclə qarşılanmışdır
08 iyul 2019 | 02:07
İyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə şəhərin mərkəzi meydanında bayram tədbiri təşkil olunmuşdur.
Bu hadisə şəkililər tərəfindən böyük sevinclə qarşılanmışdır. Dövlət təfərindən mədəni irsin qorunmasına verilən dəyər yüksək qiymətləndirilmiş və hadisənin böyük əməmiyyət kəsb etdiyi vurğulanmışdır.
Bayram tədbirində yerli musiqiçilər geniş konsert proqramı ilə çıxış etmişlər.