Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi Xan Sarayı istisna olmaqla turistlərin üzünə tam açıqdır

17 iyul 2019 | 04:07

İyulun 14-də günorta saatlarında Şəki Xan Sarayının qarşısında baş vermiş hadisə ilə əlaqədar Xan Sarayı istisna olmaqla “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun bütün ərazisi turistlərin üzünə tam açıqdır. Dövlət Turizm Agentliyi rəhbərliyinin qərarı ilə Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmişə olduğu kimi, bu gün yenə də Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. Bu da təsadüfi deyildir. Hazırda qoruğun ərazisində dövlət qeydiyyatına alınan 25 tarixi-memarlıq, arxeoloji və park-monumental abidələr mövcuddur. Bu ərazidə yerləşən V-VI əsrlərə aid Dairəvi Məbəd, orta əsrlərə aid karvansaraylar, qədim Qala divarları, həmçinin “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, tarix-diyarşünaslıq və xalq tətbiqi sənəti muzeyləri, Rəsm Qalereyası, yerli sənətkarların əl işlərinin sərgiləndiyi “Sənətkarlar evi” hər zaman turistlərin diqqətini özünə cəlb edir.

Hazırda Xan Sarayının ərazisində baş vermiş hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

Keçidlər