Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev Şəkidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

10 sentyabr 2012 | 15:00

Prezident İlham Əliyev Qax rayonuna səfərini başa çatdıraraq Şəki şəhərinə gəlmişdir.
Dövlətimizin başçısı Şəki şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Şəki Şəhər İcra Hakimiyyətnin başçısı Elxan Usubov Prezident İlham Əliyevə son dövrlərdə ulu öndərin abidəsinin ətrafında, ümumiyyətlə Şəkidə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verdi.
 

Keçidlər