Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə bu il məktəbi bitirən məzunlar üçün son zəng çalınmışdır

01 iyun 2013 | 15:00

Mayın 31-də Şəkinin ümumtəhsil məktəblərində son zəng mərasimləri keçirilmişdir. Mərasimlərdə məktəb kollektivləri, yerli icra orqanları və bələdiyyələrin məsul nümayəndələri, valideynlər iştirak etmişlər.
Bayram əhvali-ruhiyyəsi ilə bir neçə saat davam edən mərasimlərdə çıxış edənlər on birinci sinfi yeni başa vuran gənclərə müstəqil həyatda uğurlar arzulamış, onlara cəmiyyətimizə layiqli vətəndaş kimi yetişməyi, elmli və bilikli olmağı, müəllimlərinin etimadını layiqincə doğrultmağı tövsiyyə etmişlər.
Bildirilmişdir ki, əvvəlki tədris ilində rayonun tam orta məktəblərini bitirmiş 1725 məzundan 1165 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan 590 nəfəri şərəfli tələbə adını qazanmışdır. Qəbul imtahanlarında məzunlardan 111 nəfəri 500-dən, 33 nəfər isə 600-dan yuxarı bal toplamışdır. Bu il isə rayonun tam orta məktəblərini 1916 məzun bitirir. 2012-2013-cü tədris ili də Şəki məktəbliləri üçün çox uğurlu olmuşdur. Rayonun 33 məktəblisi beynəlxalq və respublika səviyyəli olimpiada, yarış və müsabiqələrdə medal və sertifikatlar qazanmışlar.
Son zəng mərasimləri məktəblilərin hazırladıqları rəngarəng bədii proqramlarla davam etmişdir.

Keçidlər