Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 212 nəfər könüllü qan verib

25 iyul 2019 | 02:07

Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq, iyulun 23-də B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının Şəki bölməsində keçirilən növbəti qanvermə aksiyasında 212 nəfər könüllü qan verib.
Bölmənin müdiri Qorxmaz İbrahimxəlilov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Mərkəzi Qan Bankının səyyar həkim briqadası tərəfindən həyata keçirilən aksiyanın əsas məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır.
Aksiyada rayonun təhsil, səhiyyə və mədəniyyət işçiləri, ərazi icra nümayəndəlikləri və bələdiyyələrin əməkdaşları fəallıq göstəriblər.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra irsi xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Keçidlər