Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRTAC-ın xüsusi müxbiri macar qəzetində Şəki Xan sarayından bəhs edib

02 avqust 2019 | 10:08

Macarıstanın nüfuzlu "Magyar Nemzet" qəzeti AZƏRTAC-ın xüsusi müxbiri Pərvanə Qarayevanın Şəki şəhərinin tarixi mərkəzinin və Şəki Xan sarayının UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi haqqında xəbərini dərc edib. Müəllifin materialında bildirilir ki, bu qərar cari ilin iyulunda UNESKO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında qəbul edilib.

Xəbərdə Şəkinin tarixi mərkəzinin, habelə Şəki Xan sarayının tarixi və təsviri yer alıb. Müəllif xəbər verib ki, bu nominasiyadan əvvəl İçəri şəhər, Qobustandakı qayaüstü rəsmlər və Qız qalası da UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.

Keçidlər