Şəki Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin “Fətəli” məhəlləsində səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov avqustun 2-də Şəki şəhərinin “Fətəli” məhəlləsinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, məhəllə sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunan nəticələrdən, ölkə başçısının əhalinin sosial müdafiəsi sahəsində son dövrlər qəbul etdiyi qərarlardan bəhs edib, Şəkidə görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.
Məhəllə sakinləri Cahangir Əzizov, Qüdrət Məmmədov, Cumuş Mustafayeva və başqaları çıxış edərək Axundov prospektində bir neçə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsini, 5 saylı uşaq bağçasının əsaslı təmirini, Ş. Axundova küçəsinə marşrut xəttinin açılmasını və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.