Qəbələ festivalının iştirakçısı “Kiyev virtuozları” simfonik orkestri Şəki musiqisevərlərinin qonağı olub
05 avqust 2019 | 01:08
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 3-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində “Kiyev virtuozları” simfonik orkestrinin konserti olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonskinin dirijorluğu ilə keçən konsertdə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Orkestr üzvlərinin peşəkar ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov orkestrin dirijoru Dmitri Yablonskiyə xatirə hədiyyəsi təqdim edib.