Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə arıçılıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanıb

09 avqust 2019 | 02:08

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arıçılıqla məşğul olan sahibkarların müraciəti əsasında arı ailələrinin Şəkinin Kiş kəndi ərazisində yerləşdirilməsinə dəstək göstərib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin Şəki şəhəri üzrə “KOB Dostu” Kiş kəndi ərazisində arı ailələrinin yerləşdirilməsi üçün müvafiq icazənin alınması, bunun üçün lazım olan sənədlərin hazırlanaraq, aidiyyəti qurumlara təqdim olunmasında arıçı sahibkarlara - Kazım Qarayevə və Tahir İsmayılova dəstək olub. “KOB Dostu”nun dəstəyi və yerli qurumlarla əməkdaşlıq çərçivəsində arı ailələrinin Kiş kəndində meşə ərazisində yerləşdirilməsi təmin edilib.
Sahibkar Kazım Qarayev deyib: “Uzun müddətdir arıçılıqla məşğul oluram. Arıçılıq əsas gəlir mənbəyimdir. Arı ailələrinin meşə ərazisində yerləşdirilməsi üçün icazə sənədinin alınmasına Şəki “KOB Dostu” tərəfindən yaxından dəstək göstərildi. Hazırda arı ailələri meşə ərazisində yerləşdirilib. Bu il təsərrüfatımdan yüksək məhsuldarlıq gözləyirəm”.
Qeyd edək ki, KOBİA bundan əvvəl də dövlət-özəl əməkdaşlığı çərçivəsində arıçılıqla məşğul olan sahibkarlara subsidiyaların verilməsi, arıçılıq məhsullarının ticarət şəbəkəsində satışının təşkili ilə bağlı mikro və kiçik sahibkarlara dəstək göstərib.

Keçidlər