Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 2019-cu ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

10 avqust 2019 | 09:08

Sevindirici haldır ki, ölkəmizdə mədəni irsin qorunub saxlanılmasına, xalqımızın zəngin mədəniyyətinin təbliğinə dövlət səviyyəsində böyük diqqət yetirilir. Şəkinin beynəlxalq turizm və mədəniyyət mərkəzi kimi yenidən qurulması ilə əlaqədar  cənab Prezidentimizin verdiyi tapşırıqlar, qısa müddət ərzində Şəki şəhərinin inkişafı ilə bağlı imzalanan çoxsaylı Sərəncamlar nəticəsində bu gün şəhər milli memarlıq üslubunu qorunub saxlamaq şərti ilə müasirləşir, regionun turizm potensialı daha da artır. Azərbaycan Respublikasının birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə şərq memarlığının nadir incisi hesab olunan “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin YUNESKO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi ölkəmizin mədəni həyatında böyük hadisədir.
Mən Sizi , şəhərimizin bütün sakinlərini bu tarixi hadisə münasibətilə ürəkdən təbrik edir,   xalqımızın mədəni irsinin qorunub saxlanmasına və təbliğ olunmasına xüsusi diqqət və qayğı ilə yanaşan cənab Prezidentimiz İlham Əliyevə, Azərbaycan Respublikasının I vitse Prezidenti Mehriban xanıma, ölkəmizin YUNESKO yanındakı Daimi Nümayəndəliyinə,  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə  minnətdarlığımı bildirir bu işdə əməyi olan hər bir kəsə təşəkkür edirəm.
Bu barədə 2019-cu ilin I yarımilinin yekunları ilə bağlı avqustun 9-da Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun hesabat məruzəsində məlumat verilib.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun hesabat məruzəsində 2019-cu I yarısında rayonda sosial-iqtisadi sahədə görülən işlərin ətraflı təhlili, qarşıda duran vəzifələrdən bəhs edilib.
Qeyd olunub ki, 2019-cu ilin I yarısında ilkin hesablamalara görə faktiki qiymətlərlə 242 milyon 025 min manatlıq məhsul buraxılmışdır ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 98 faiz təşkil edir. Buraxılmış məhsulun 9 faizi dövlət, 91 faizi isə qeyri- dövlət mülkiyyətinin payına düşür. Adambaşına faktiki qiymətlərlə 1293  manatlıq məhsul buraxılmışdır. Rayon üzrə orta aylıq əmək haqqı 342 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 62 manat çoxdur. 2019-cu ilin birinci yarısında bütün maliyyyə mənbələri hesabına iqtisadiyyatın inkişafına yönəldilən investisiyanın ümumi həcmi 59 milyon 214 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 165 faiz təşkil edir. İstifadə edilmiş investisiyanın 90,4 faizi dövlət mülkiyyətinin, 9,6 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür.2019-cu ilin birinci yarısında əsas kapitala yönəldilmiş investisiyanın 94,3 faizi tikinti quraşdırma işlərinə sərf edilmişdir ki, bu da əvvəlki ilin müvafik dövrü ilə müqayisədə 161 faiz təşkil edir.  2019-cu ilin I yarısında Şəki rayonunda 1091 yeni iş yeri açılmışdır ki,onların da hamısı daimi iş yerləridir.  Bu iş yerlərinin 4,2 faizi yeni yaradılmış müəssisə və təşkilatların, 23,7 faizi mövcud müəssisə və təşkilatların, 72,1 faizi fiziki şəxslərin payına düşür.  Ümumiyyətlə 01 oktyabr 2003-cü il tarixdən 01 iyul 2019-cu il tarixədək rayonumuzda 24153 yeni iş yeri açılmışdır ki, onun da 96,4 faizi daimi iş yerləridir. 2019-cu ilin I yarısında Şəki rayonunda əmtəə dövriyyəsinin ümumi həcmi 233 milyon 675 min manat olmuşdur . Əvvəlki ilin müvafiq dövrünə nisbətən əmtəə dövriyyəsinin həcmi  yəni 1,7 faiz artmışdır. Hazırda rayonumuzda 21 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 9-u kiçik müəssisədir.
Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Bu gün ölkəmizdə sahibkarlara böyük diqqət vardır. Onlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir.    Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində Şəkidə bir sıra konkret tədbirlər həyata keçirilmişdir   Azərbaycan Respublikası Prezidentinin "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" strateji xəttinə uyğun olaraq "KOB Dostu" mexanizmi dövlət-sahibkar əməkdaşlıq platforması əsasında formalaşan mühüm  bir layihədir.  "KOB Dostu" fəaliyyət göstərdiyi şəhər və rayonlarda  kiçik və orta biznes subyektlərinin  potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılmasına, yeni sahibkarlıq subyektlərinin yaradılması və inkişafına, eləcə də  kiçik və orta sahibkarların hüquqlarının müdafiəsinə dəstək göstərir.  Mayın 30-da Şəki şəhərində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin  "Kiçik və Orta Biznesin Dostu" fəaliyyətə başlamışdır.   Heydər Əliyev Mərkəzində bu məqsədlə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının və Şəki-Zaqatala iqtisadi rayonu üzrə fəaliyyət göstərən sahibkarlar iştirak etmişdir.
     Bəhs olunan dövrdə Şəkidə əmək haqları, pensiyalar və ünvanlı sosial yardımların əhaliyə çatdırılmasında, əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə təmin olunması istiqamətində bir sıra işlər görülmüşdür.  Aztəminatlı ailələrin Dövlət Sosial Müdafiəsinin təmini məqsədilə Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “ Ünvanlı Dövlət Sosial Yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması,verilməsi və verilməsindən imtina edilməsi Qaydalarına “ ilə vətəndaşların tanış olması üçün şöbədə maarifləndirmə işləri təşkil olunmuş , eyni zamanda əhali aktiv məşğulluq layihəsinə cəlb olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Şəki Şəhər Şöbəsi 2019-cu ilin I yarısında 24710 nəfər əmək pensiyaçısına xidmət göstərmişdir .Həmin pensiyaçılardan 15134 nəfəri yaşa görə ,7812 nəfəri əlilliyə,1764 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. 2019-cu ilin I yarısında Şəki rayon Məşğulluq Mərkəzi tərəfindən 899 nəfər işə düzəlmişdir ki, onlardan 218 nəfəri qadın, 177 nəfəri gənc , 19 nəfəri qaçqın və məcburi köçkündür. Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəsinin sosial müdafiəsini təmin etmək məqsədilə 2019-cu il üçün rayonun təhsil, səhiyyə, tikinti, rabitə ,mədəniyyət və digər sahələrdə iş yerlərinin yaradılması üçün şəhər icra hakimiyyətinin başçısının sərəncamına əsasən 15 kvota yeri müəyyən edilmişdir. 2019-cu il mayın 23-də keçirilmiş “ Əmək Yarmarkası “na 15 müəssüsə və təşkilatdan 336 vakant iş yeri çıxarılmışdır. Yarmarkada 42 nəfər işlə təmin olunmuşdur.
Bildirilib ki, Şəki respublikamızın ən iri aqrar rayonlarından biridir. Rayonun kənd təsərrüfatının əsas sahələrindən birini taxılçılıq təşkil edir. Rayon ərazisində taxıl istehsalçıları tərəfindən ötən iln payızında əkilmiş 66939 hektar taxıl sahəsində yetişən məhsulun vaxtında və itkisiz yığılması üçün tərəfimizdən zəruri tədbirlər görülmüşdür.  Bu il rayonda 235 min 198  ton  taxıl istehsal olunmuş, orta məhsuldarlıq 34.6 sentner təşkil etmişdir ki, bu rayonun taxılçılıq tarixində ən yüksək göstərici hesab olunur.
     Hesabat dövründə rayonda 5022 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilmişdir. Yazlıq əkinlərə yüksək səviyyədə aqrotexniki qulluq göstərilmiş və sahələrdə bol məhsul yetişmişdir. Hazırda yazlıq bitki məhsullarının yığımı gedir. Rayonumuzda kənd təsərrüfatı işlərinin müasir səviyyədə qurulması , məhsul istehsalının artırılması, kənd təsərrüfatı istehsalçılarının maraqlarının müdafiəsi məqsədilə şəhər icra hakimiyyəti tərəfindən zəruri tədbirlər həyata keçirilir.      Mayın 26-da Şəkidə Kənd Təsərrüfatı Nazirliyi ilə Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi kənd təsərrüfatı texnikası yarmarkası təşkil edilmişdir.   İki gün davam edən  yarmarkada təsərrüfat sahibləri və fermerlər müasir kənd təsərrüfatı texnikası və onların satış şərtləri ilə yaxından tanış olmaq imkanı əldə etmişlər.
      Rayonumuz üçün spesifik hesab edilən baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişafının təmin edilməsi istiqamətində ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün geniş iş aparılır.Baramaçılığın inkişafında əsas faktor ipəkqurdunun yem bazasının genişləndirilməsidir. 2016 – 2017-ci illərdə ildə rayonumuzda 92 min ədəd Çin Xalq Respublikasından idxal olunan və 123400 ədəd yerli sortlardan ibarət tut tingi əkilmişdir. Lakin bu il baramaçılıqda mövcud vəziyyət göstərdi ki, ipəkqurdunun yem bazası zəifdir. Qarşıda duran əsas məsələ tut tinglərinin əkin sahələrini genişləndirmək, mövcud sahələrə ardıcıl aqrotexniki qulluq göstərmək, kümxanalar yaratmaq, bu sahə ilə bağlı maarifləndirmə işləri aparmaqdır.
      Rayonda istehsal olunan ixrac yönümlü məhsullardan birini də tütün təşkil edir. Rayonumuzda tütün əkinlərinin genişləndirilməsi və istehsalın həcminin artırıması daim diqqət mərkəzində saxlanılır.Bu il rayonda 1061 hektar sahədə tütün əkini aparılıb və bu ötən ilin əkinindən 184 hektar çoxdur. Tütünçülüyün inkişaf etdirilməsi və istehsalçıların marağının müdafiə olunması məsələsi də Şəki şəhər icra hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılır. 2019-2023-cü illərdə regionların sosial- iqtisadi inkişafına dair Dövlət Proqramında qarşıya qoyulan vəzifələrdən biri də tütün qurutma komplekslərinin yaradılmasından ibarətdir. Bu məqsədlə 2019-cu il mayın 11-də Şəki şəhər icra hakimiyyəti başçısının təşəbbüsü ilə Kənd Təsərrüfatı Nazirliyiyanında Aqrar Kredit və İnkişaf Agentliyinin iştirakı ilə tütün istehsalçılarının , emalçılarının və mütəxəssislərin iştirakı ilə geniş yığıncaq keçirilmiş,rayonda müasir tələblərə cavab verən tütün qurutma kameralarının quraşdırılması istiqamətində müzakirələr aparılmışdır.Yığıncaqda rayon ərazisində 200 ədəd tütün qurutma kameralarının quraşdırılması və bu sahədə kooperasiya yaradılması nəzərdə tutulmuşdur. Müddət ərzində 23 kamera quraşdırılıb istifadəyə verilmiş, 60 kameranın quraşdırılması işi aparılır.
2019-cu ilin yaz mövsümündə Şəkidə 388 hektar sahədə yeni fındıq bağları salınmışdır.

         Rayonumuzun əsas kənd təsərrüfatı sahələrindən biri hesab olunan heyvandarlıq sahəsində də   dinamik inkişaf təmin edilir.   Hazırda rayonda 70 558  baş iribuynuzlu,  309 571  baş xırda buynuzlu, 278 850 baş ev quşları  var. Mövcud mal-qara arasında baytarlıq və damazlıq tədbirləri ardıçıl davam etdirilir, yem tədarükü işləri  uğurla həyata keçirilir. Qeyd etmək lazımdır ki, istər bitkiçilik, istərsə də heyvandarlıq məhsulları istehsalının artırılması ilə yanaşı, emal olunmasının təşkili, yeni emal müəssisələrinin yaradılması, istehsal olunan məhsulların satışna köməklik göstərilməsi, aqroservis xidmətlərinin genişləndirilməsi və s. qarşımızda duran həlli vacib məsələdir.
      Məruzədə, həmçinin cari ilin birinci rübündə rayonda həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri barədə məlumat verilib. 2019-cu ilin birinci yarısında Şəkidə yenidənqurma, tikinti–quraşdırma işləri davam etdirilmiş, ilin əvvəlində şəhərimizdə aparılacaq abadlıq, quruculuq işlərinin planı təsdiqlənmişdir. İl ərzində şəhərin 12 küçəsində yolların əsaslı təmir edilməsi , 10- dan artıq küçənin dağılmış örtüyünün asfalt betonla bərpa olunması  8 küçədə su arxlarının yenidən qurulması, 6 küçədə yararsız vəziyyətə düşmüş  səkilərin təmir edilməsi , 6 ədəd coxmənzilli ictimai yaşayış binalarının dam örtüklərinin əsaslı təmir edilərək yenidən qurulması,  17 ədəd yaşayış binasının bloklarının əsaslı təmir edilməsi, həyətlərində abadlıq işlərinin aparılması nəzərdə tutulmuşdur.    Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu  üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 15 yanvar 2019-cu il tarixli, 890 nömrəli Sərəncamına əsasən ayrılmış vəsait hesabına Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasının davam etdirilir.
   “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 fevral 2019-cu il tarixli 922 nömrəli sərəncamına əsasən Şəki şəhərində 28 ədəd çoxmənzilli ictimai yaşayış binalarının dam örtüklərinin təmiri üçün  ayrılmış vəsaitə uyğun olaraq işlər müəyyənləşdirilmiş, smeta sənədləri hazırlanmışdır. Ayrılmış vəsaitə uyğun olaraq müddət ərzində 14 binanın dam örtüyü təmir olunmuşdur. “Şəki şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2018-ci il tarixli 600 nömrəli sərəncamına əsasən “Şəki şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil - məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi” üçün  vəsait ayrılmışdır. Bununla əlaqədar tikinti altına torpaq sahəsi ayrılmış, layihə smeta sənədləri tərtib olunmuşdur.
     Salman Mümtaz küçəsində Şəki Şəhər Psixatriya Xəstəxanasının tikintisi davam etdirilir. Şəki şəhərinin turizm potensialını düzgün qiymətləndirən şəhər icra hakimiyyəti turizm infrastrukturunun genişləndirilməsi məqsədilə investorların şəhərə cəlb edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir. Belə ki, Şəhriyar küçəsində inşa edilən az büdcəli turistlər üçün əlçatan olan 33 otaqdan ibarət  mehmanxana binasının tikintisi başa çatmaq üzrədir.

         “Şəki şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında “Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2018-ci il tarixli 601 nömrəli Sərəncamına əsasən Şəki şəhərində 960 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 milyon manat vəsait ayrılmışdır. Ayrılmış vəsait hesabına uzun illər əvvəl tikilib istifadə olunan Şəki şəhər 11 nömrəli orta məktəbin müasir tələblərə cavab verməyən binaları sökülüb götürülmüş, yerində tam müasir tipli yeni 960 şagird yerlik tam orta məktəb tikintisinə başlanmışdır. Hazırda obyektdə yüksək sürətlə tikinti işləri aparılır.
Sonda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif olunmuş Usubov Elxan Zabir oğluna, Aslanov Vaqif Cumay oğluna, Əzizov Məmmədnuru Ənvər oğluna, Qarayev Fərahim İbrahim oğluna, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuş Abbasov Qalib Nizami oğluna medal təqdim edilib.

Keçidlər