Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Şin kəndində səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov avqustun 15-də Şəkinin Şin kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə həyata keçirilən islahatlardan, əhalinin sosial müdafiəsi sahəsində son dövrlər həyata keçirilən tədbirlərdən bəhs edib, AR Regionların Sosial-İqtisadi İnkişafı Dövlər Proqramlarının icrası nəticəsində Şəkidə görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.
Kənd sakinləri Əşrəf Surxayev, Qüdrət Həsənov, Əhməd Cəfərov və başqaları çıxış edərək Şin kənd uşaq bağçasının əsaslı təmiri, kəndə təbii qazın verilməsi, yararsız elektrik dirəklərinin dəyişdirilməsi və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.