Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 100 illiyi münasibətilə Şəki Sərhəd Dəstəsində tədbir keçirilmişdir

18 avqust 2019 | 08:08

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 100 illiyi münasibətilə Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının Şəki Sərhəd Dəstəsində 17 avqust 2019-cu il tarixdə təntənəli tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirmişdir ki, Dövlət Sərhəd Xidmətinin təşkilinə aid olan bütün proseslər Ulu Öndərimizin adı ilə bağlıdır. Məhz  xalqımızın ümummilli lideri Heydər Əliyevin müvafiq Sərəncamı ilə hər il avqustun 18-i sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur. 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti  yeni mərhələyə qədəm qoymuşdur.
  Son illərdə cənab Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası gücləndirilmiş, yeni sərhəd dəstələri və zastavaları yaradılmış, Azərbaycan sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunmışdır. Son illərdə  sərhədçilərin xidməti-döyüş şəraiti yaxşılaşdırılmış, peşə bacarığı, səfərbərlik və döyüş qabiliyyəti artırılmış, yeni texnika, avadanlıqla təminatı sahəsində  mühüm addımlar atılmışdır.
Respublikamızın şimal sərhədlərinin keşiyində dayanan Şəki Sərhəd Dəstəsi də ötən dövr ərzində böyük inkişaf yolu keçərək formalaşmış və dövlət sərhədinin etibarlı mühafizəsinin təşkilində yüksək nailiyyətlər əldə etmişdir. 
Sonda bir neçə sərhədçi zabitlərə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim edilmişdir.

Keçidlər