Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Abbas kəndində səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov avqustun 20-də Abbas kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkədə ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, son dövrlər rayonda görülən işlərdən, qarşıda duran məsələlərdən danışıb.
Kənd sakinləri Əfqan Əliyev, Rakif Səmədov, Cahangir Mahmudov çıxış edərək kəndin mərkəzi yolunun əsaslı təmiri, qəzalı vəziyyətində olan elektrik dirəklərinin yenisi ilə əvəz olunması və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.