Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Çeşməli kəndində səyyar qəbul keçirilib

23 avqust 2019 | 10:08

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov avqustun 22-də Şəkinin Çeşməli kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda Prezident Administrasiyasının sektor müdiri Rüfət Əliyev, başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkə başçısının əhalinin sosial müdafiəsi sahəsində son dövrlər qəbul etdiyi qərarlardan bəhs edib, AR Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramlarının icrası nəticəsində Şəkidə  görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.
     Kənd sakinləri Rəhman Mustafayev, Ruziyə Əhmədova,  Nərgiz Şahmirova  və başqaları çıxış edərək kənd avtomobil yolunun təmiri, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və xəttlərinin dəyişdirilməsi, kənd məktəbi üçün yeni binanın tikilməsi və  sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər