Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Qoxmuq kəndində səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov avqustun 27-də Şəkinin Qoxmuq kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək əhalinin sosial müdafiəsi sahəsində son dövrlər görülmüş işlərdən bəhs edib, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramlarının icrasından danışıb, Şəkidə həyata keçirilən layihələrdən söz açıb, qarşıda duran vəzifələrə toxunub.
Kənd sakinləri Hümmətov Məmmədəli, Məmmədova Zeynəb, Bəkirov Umudvar və başqaları çıxış edərək təsərrüfat sahələrinin suvarma suyu ilə təmin olunması, kəndin yeni yaşayış evlərinin qazlaşdırılması, səllim mal-qaraya qarşı mübarizənin gücləndirilməsi və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.