Şəkidə Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan mədəniyyət mərkəzinin əsaslı təmirdən sonra açılışı olub
Avqustun 29-da Şəkidə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan mədəniyyət mərkəzinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
20 ildən artıq müddətdə fəaliyyət göstərən mərkəzin binası əsaslı təmirdən sonra Çingiz Mustafayevin doğum günündə yenidən şəhər sakinlərinin və qonaqların ixtiyarına verilib.
VMF Şirkətinin tşkilatçılığı ilə keçirilən tədbirdə şirkətin təsisçisi Vahid Mustafayev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, xalq artistləri Cənnət Səlimova, Oqtay Mirqasımov, əməkdar incəsənət xadimi Ayaz Salayev, Şəki və ətraf rayonlardan olan mədəniyyət xadimləri, yerli ictimaiyyyətin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Qeyd edək ki, istifadəyə verilən mədəniyyət mərkəsində VİP salon və 104 tamaşaçı sayı olan böyük zaldan ibarət kinoteatr fəaliyyət göstərəcək. Burada tamaşaçılar filmləri ən yüksək dublyaj və səs effektləri, keyfiyyətli görüntü ilə izləyə biləcəklər. Mərkzədə kinoteatrdan başqa, rəsm qalereyası, muzey və müxtəlif dərnəklər də fəaliyyət göstərəcək.