Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Qumux kəndinin sakinləri ilə görüşüb
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov sentyabrın 12-də Qumux kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkədə ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, son dövrlər rayonda görülən işlərdən, qarşıda duran məsələlərdən danışıb.
Kənd sakinləri Məmmədov Bəxtiyar, Sadıqov Zaur, Cumayev Vüqar və başqaları çıxış edərək kəndə təbii qazın verilməsi, 4 yaşayış məntəqəsini birləşdirən Baş Layıısqı kənd inzibati ərazi dairəsinin ərazisində Beynəlxalq bankın bankomatının quraşdırılması, “Qıcalı Tala” adlı ərazidə meşə materialından olan qəzalı vəziyyətə düşmüş elektrik dirəklərinin dəyişdirilməsi və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyələrini bildirib.