Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Babaratma kəndinin sakinləri ilə görüşüb
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov sentyabrın 19-da Babaratma kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində görülən işlərə toxunub, son dövrlər rayonda həyata keçirilən tədbirlərdən söz açıb, qarşıda duran məsələlərdən danışıb.
Kənd sakinləri İmran Səfərov, Mövsüm Bədəlov, Qaradağlı kənd sakini Pakizə Paşayeva və başqaları çıxış edərək Babaratma kəndinə təbii qazın verilməsi, kəndə marşrut xəttinin açılması, bəzi kənddaxili yolların hamarlanması və sair məsələləri xahiş etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.