Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Baş Zəyzid kəndində səyyar qəbul keçirib

24 sentyabr 2019 | 10:09

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov sentyabrın 23-də Baş Zəyzid kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Rüfət Əliyev, başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində görülən işlərə toxunub, son dövrlər rayonda həyata keçirilən tədbirlərdən söz açıb, qarşıda duran məsələlərdən danışıb.
     Kənd sakinləri Abdulsəmədov Əli, Səmədov Əlixan, Əsgərov Paşa və başqaları çıxış edərək Baş Zəyzid kəndində qazlaşdırılmayan 160 evə təbii qazın çəkilməsinə  köməklik göstərilməsi, kənd ərazisindəki yararsız elektrik dirəklərinin və xətlərin dəyişdirilməsi, uşaq bağçasının əsaslı təmirinə və əlavə qrup açılması köməklik göstərilməsi, “Zəyzid” və “Qurcana” çayın yatağının təmizlənməsi və  sair məsələləri xahiş etmişlər.

     Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər