Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Vərəzət kəndində səyyar qəbul keçirib

02 oktyabr 2019 | 10:10

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov oktyabrın 1-də Vərəzət kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində görülən işlərə toxunub, son dövrlər rayonda həyata keçirilən tədbirlərdən söz açıb, qarşıda duran məsələlərdən danışıb.
Kənd sakinləri Mehdiyev Arif, Məmmədov Abdulhəmid,  Cəbrayılova Sevda və başqaları çıxış edərək kənddə uşaq bağçası olmadığından yeni məktəbəqədər tərbiyə müəssisəsinin yaradılması, ərazidə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə  köməklik göstərilməsi, Vərəzət kənd tam orta məktəbinin həyətindəki köhnə məktəb binasının əsaslı təmiri və  sair məsələləri xahiş etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər