Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Aşağı Daşağıl kəndində səyyar qəbul keçirib

15 oktyabr 2019 | 00:10

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov oktyabrın 14-də Şəkinin Aşağı Daşağıl kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ötən il ölkədə ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, 2018-ci ildə rayonda görülən işlərdən, qarşıda duran məsələlərdən danışıb.
Kənd sakinləri Arif Məmmədov, İlham Məmmədov, Ələsgər Rüstəmov və başqaları çıxış edərək kəndin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, qəza vəziyyətində olan elektrik dirəklərinin dəyişdirilməsi, kəndə təbii qazın verilməsi və  sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər