Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Aşağı Göynük kəndində səyyar qəbul keçirib

19 oktyabr 2019 | 04:10

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov oktyabrın 17-də Aşağı Göynük kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Rüfət Əliyev, başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində görülən işlərə toxunub, son dövrlər rayonda həyata keçirilən tədbirlərdən söz açıb, qarşıda duran məsələlərdən danışıb.
     Kənd sakinləri Cahangir Mahmudov, Sevil İbrahimova, Rəsmiyə Yüzbaşova və başqaları çıxış edərək Aşağı Göynük kənd tam orta məktəbinin əsaslı təmiri, yeni subartezian quyusunun qazılması, kənd ərazisində yeni bankomatların quraşdırılması və  sair məsələləri xahiş etmişlər.

     Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər