Şəki Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin “İpəkçi” məhəlləsində səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov oktyabrın 24-də şəhərin “İpəkçi” məhəlləsində səyyar qəbul keçirib.
.Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, məhəllə sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlardan söz açıb, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində görülən işlərə toxunub, son dövrlər rayonda həyata keçirilən tədbirlərdən, qarşıda duran məsələlərdən danışıb.
Məhəllə sakinləri Ağayeva Rəhimə, Abdurahmanov Sabir, Ağayeva Şəlalə və başqaları çıxış edərək ərazidə sahibsiz itlərin zərərsizləşdirilməsini, S.Vürğun küçəsinin işıqlandırılmasını, məhəllədəki təhlükəli ağacların aqrotexniki qaydada budanmasını, 14 saylı tam orta məktəbin qarşısında yol nişanlarının və keçid xəttinin qoyulmasını və sair məsələləri xahiş etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.