Şriftin ölçüsü :

Saytın rəngi :

Mariya Şarlot Marion: Hollandiyada sizin necə gözəl mədəniyyətə sahib olduğunuz barədə danışacağam

03 iyun 2013 | 15:00

Ölkənizə ilk dəfə 6 il əvvəl, “DufoA” adlı Azərbaycanın Holland Dostları Fondunu yaradarkən səfər etmişdim. O zaman Azərbaycanla, onun mədəniyyəti və incəsənəti ilə müəyyən qədər tanış olmuşdum. Səfər zamanı Azərbaycanda müxtəlif filmlər, çoxlu fotoşəkillər çəkmişdim. Musiqinizi xüsusilə daha çox sevirəm.
Bu sözləri İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, Azərbaycanın Holland Dostları Fondunun rəhbəri Mariya Şarlot Marion Şəkidə jurnalistlərə müsahibəsində söyləmişdir.
Şəki haqqında təəssüratlarının çox yüksək olduğunu vurğulayan hollandiyalı qonaq demişdir: “Şəkinin çox gözəl təbiəti vardır. İnsanları da istiqanlı və səmimidirlər. Olduğum qısa müddət ərzində buraları çox sevdim. Şəkidə çoxlu fotoşəkil çəkmişəm. Hollandiyaya qayıdarkən bu fotoları mütləq oradakı insanlara göstərəcəyəm, mədəniyyətinizi tanıdacağam. Sizin necə gözəl mədəniyyətə sahib olduğunuzu söyləyəcəyəm”.

Keçidlər